Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq - SƏBƏB

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq - SƏBƏB
SOSİAL
12:19 29.10.2022
576

Bakıda köhnə binalardakı mənzillər ucuzlaşacaq.

AZXEBER.COM "trend”-ə istinadən xəbər verir ki, yaxın zamanlarda paytaxtda köhnə tikili olan binalarda mənzillərin ucuzlaşacağı proqnozlaşdırılır. Buna səbəb isə bəzi qaydaların tezliklə dəyişdirilməsinin nəzərdə tutulmasıdır.

Belə ki, hazırda mövcud qaydalara əsasən, 1970-ci ildən sonra istifadəyə verilmiş binalarda olan mənzillər həm dövlət ipotekasına, həm də bankların təklif etdiyi daxili ipoteka təkliflərinə yararlıdır.

Əmlak satışı mütəxəssislərinin verdikləri məlumata əsasən, yaxın zamanlarda bu qaydanın dəyişdirilməsi gözlənilir. Bu qaydanın 2000-ci ildən sonra istifadəyə salınmış binalara şamil olunacağı gözlənilir. Belə olan halda isə, köhnə tikililərlə tələbat kəskin azalacaq.

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov bildirib ki, növbəti ilin birinci yarısında süni şəkildə şişirdilmiş qiymətlərdə ciddi enmələr olacaq. Bu enmələr köhnə tikili binalarda olacaq, amma yeni tikili binalarda qiymətlərin enməsi çətindir. Çünki yeni tikili binalarda alternativ olduqca azdır, yeni binaların tikilməsi üçün ərazi çox azdır və tikinti prosesi də baha başa gəlir. Köhnə binalarla bağlı qiymətlərin azalması qaçılmazdır. Hətta ipotekalarla bağlı qaydalar dəyişməsə belə, köhnə binalardakı mənzillərin qiymətində enmələr baş verəcək, çünki artıq azad olunmuş əraziləmizdə də ciddi tikinti işləri aparılır, vətəndaşlarımız həmin ərazilərə köçürülməsi ilə bu qiymət enməsi daha da sürətlənəcək.

"Bakı şəhərində istismar müddətini bitirmiş 11 minə qədər bina var. Bu mənzillər ipoteka krediti ilə satılması qaydalara əsasən mümkün deyil. Əslində köhnə binalarda mənzillərin qiyməti azalmalı idi. İndiki qiymətlərdən ən azı 50 faiz aşağı olmalıdır. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən istismar müddəti bitmiş binaların sökülərək, yerində yeni binaların tikilməsi planlaşdırılır. Bu da köhnə mənzillərin müəyyən qədər bahalaşmasına səbəb oldu, bəziləri fikirləşdi ki, bu mənzilləri alıb saxlamaqla, nə vaxtsa yeni binadan mənzil əldə edəcək, amma bu proses də 10 illiklər ərzində aparılacaq prosesidir.

Sentyabr ayından sonra köhnə binalarda növbəti qiymət artımları baş verdi. Belə ki Rusiyada səfərbərlik elan olunduqdan sonra vətəndaşlar düşündü ki, Rusiyadan Bakıya ciddi axın olacaq və onlar gəlib Bakıdan mənzillər alacaqlar. Müəyyən vəsaiti olan vətəndaşlarımız da köhnə mənzilləri almağa başladı ki, Rusiyadan gələnlərə bu mənzilləri daha baha qiymətə satıb mənfəət götürsün. Lakin belə olmadı, Rusiyadan Azərbaycana ciddi axın gəlmədi, əksinə Rusiyada biznesi olan azərbaycanlılar, özləri Azərbaycanda olan əmlaklarını satırlar. Ona görə ki, həmin şəxslər Rusiyada ziyan görmüş bizneslərini xilas etməyə çalışırlar”, - deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər