Bakıda Kibertəhlükəsizlik üzrə konfrans keçirilir

İQTİSADİYYAT
15:17 02.12.2013
1423

Bakıda “Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər (Global Cyber Security Cooperation: Challenges and Visions)” mövzusunda konfrans işə başlayıb.

AZXEBER.COM xəbər verir ki, konfrans 19-cu Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı “Bakutel-2013” çərçivəsində baş tutur.Konfrans kibertəhlükəsizlik mövzusunun bütün aspektləri üzrə müzakirələrə yönəlib.Tədbir internet məkanında əhəmiyyətli informasiyaların qorunması və bu sahədə qabaqcıl təcrübənin mübadiləsini təmin və təşviq etmək məqsədi daşıyır.Konfrans eyni zamanda gələcək əməkdaşlığın perspektivlərini araşdırmaq üçün hökumət, biznes, QHT-lərin yüksəksəviyyəli nümayəndə və aparıcı mütəxəssislərini bir araya gətirəcək.Tədbir informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Dünya Bankı, Dünya İqtisadi Forumu, İNTERPOL, Azərbaycanın dəstəyi, “HP” şirkətinin sponsorluğu, Azərbaycan Hökuməti tərəfindən təşkil edilib.

OXŞAR XƏBƏRLƏR