Bakıda “Kiğılı”nın filial müdirinin meyiti tapıldı

Bakıda “Kiğılı”nın filial müdirinin meyiti tapıldı
SOSİAL
10:23 03.08.2022
733
Bakıda məşhur mağaza şəbəkəsinin filial müdirinin anbarda meyiti tapılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 566-cı məhəllə ünvanında yerləşən "Kiğılı” geyim mağazasında qeydə alınıb. Belə ki, "Elmlər” filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Onun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR