Katarakt

Bakıda kirayə bağ evlərinin qiymətləri artır

İQTİSADİYYAT
13:16 08.06.2021
590

Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar olaraq bir sıra məhdudiyyətlər ləğv edildi, xüsusən də şəhərlərarası ictimai nəqliyyatın işi bərpa edildi. Uzun fasilədən sonra yerli sakinlər ölkənin bölgələrinə istirahət etməyə üstün tutublar, bu baxımdan əmlak bazarının iştirakçılarından şəhərətrafı daşınmaz əmlakın kirayə qiymətləri və şərtlərinin dəyişib-dəyişmədiyini soruşduq.

ProHome agentliyinin icraçı direktoru Kazım Şirəliyevin sözlərinə görə, hər il olduğu kimi bu yay da şəhərətrafı kirayə evlərin qiymətləri artmağa başladı. Bu həm həyət evlərə, həm də torpaq satışına aiddir.

Sizin Broker agentliyindən bildiriblər ki, yay mövsümünün əvvəllərindən bağ evlərinin kirayə qiymətlərində artım müşahidə olunur. Bölgələrə ictimai nəqliyyat istifadəyə verildikdən sonra bir sıra yerli sakinlər rayonlara dincəlməyə getdi, amma buna baxmayaraq Bakı kəndlərində istirahət aktuallığını itirmir.

Bakı Bağları şirkətinin nümayəndəsinin sözlərinə görə, bu ilin aprel ayının sonuna qədər Bakı kəndlərində kirayə bağ evlərinə tələbat yüksək səviyyədə idi. Bunun sayəsində qiymətlər də yüksək idi. Lakin son 15-20 gündə bağ evlərinə tələbat 10% azalıb. İnşaat materialların bahalaşması bu sahədə qiymətlərin enməsinə imkan vermədi və kirayə bağ evlərinin qiymətləri yüksək olaraq qalır.

OXŞAR XƏBƏRLƏR