Bakıda kirayə evlər bahalaşıb - QİYMƏTLƏR

Bakıda kirayə evlər bahalaşıb - QİYMƏTLƏR
SOSİAL
10:53 31.08.2023
780
Ali təhsil müəssislərində dərslərin başlamasına az müddət qalıb. Ölkənin müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutub.

AZXEBER.COM Baku.ws-ə istinadən xəbər verir ki, tələbat çox olsa da uyğun qiymətə mənzil tapmaq heç də asan deyil.

Bakının bəlli rayonlarında avqust-sentyabr aylarında kirayə mənzillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən tələbə axını əlaqəlidir və 20-30 faiz civarındadır.

Hazırda universitetlərə yaxın rayonlar üzrə qiymətlər belədir:

Yasamal rayonunda 2-3 otaqlı və əşyalarla birgə kirayə evlər 400-650 manat arasında dəyişir. Bu evləri bir neçə tələbə kirayə götürərkən onlara qiymət 100-200 manat arasında başa gəlir.

Nərimanov rayonunda isə 2-3 otaqlı evlərin qiyməti 550-750 manat arasında dəyişir.

Bakıdan kənarda isə kirayə evləri 2 dəfə ucuz qiymətə tapmaq mümkündür.

Qeyd edək ki, ötən illə müqayisədə kirayə evlərin qiymətində 50-100 manat bahalaşama qeydə alınır.
OXŞAR XƏBƏRLƏR