Bakıda kirayədə yaşayan qız oğlana görə rəfiqəsini döydü

Bakıda kirayədə yaşayan qız oğlana görə rəfiqəsini döydü
SOSİAL
10:56 31.08.2016
3267
Sağlamlığa xəsarət yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Samirə Vəliyevanın (ad və soyad şərti verilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Samirə Vəliyeva Yasamal rayonunda rəfiqəsi Sevda ilə kirayədə yaşayıb. Samirə ilə Sevdanın Sadiq adında ortaq tanışları olub.
Sevda həmin oğlanla internet vasitəsi ilə tanış olub. Sadiq hər gün Samirə və Sevdanın yaşadığı evə gəlib-gedib. Ötən il noyabrın 1-də, gecə yarısı Samirə ilə Sevdanın arasında oğlan üstündə mübahisə yaranıb.
Mübahisəyə səbəb isə Samirənin Sadiq ilə cinsi əlaqədə olması olub. Sevda tanış olduğu oğlanın rəfiqəsi ilə cinsi əlaqədə olmasından şübhələnib. Onda şübhə belə yaranıb ki, həmin gün evdə olmadığı vaxt Sadiq oraya gəlib.
Sevda rəfiqəsinin Sadiqlə cinsi əlaqədə olub-olmaması barədə onu sorğu-sual edib. Bu zaman rəfiqəsinin sorğularından əsəbləşən Samirə onu döyərək, bədənini müxtəlif nahiyələrinə xəsarət yetirib.
Samirə Vəliyeva Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Samirə Vəliyeva 3 ay müddətinə azadlıqdan məhrum edilib. Samirə Vəliyevanın barəsində başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs edilib. Hökmə görə, onun cəzasının əvvəli 2016-cı ilin aprelin 7-dən hesablanıb.
Hökmdən narazı qalan Samirə Vəliyeva apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Onun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Samirə Vəliyevanın cəzası 300 manat cərimə cəzası ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
///teleqraf.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi