Bakıda kişi keçmiş həyat yoldaşını küçənin ortasında döydü

Bakıda kişi keçmiş həyat yoldaşını küçənin ortasında döydü
SOSİAL
10:59 29.10.2017
3203

Bakıda xuliqanlıq hadisəsi baş verib.

Xətai rayon sakini, 41 yaşlı Qərənfil Mustafayeva (ad şərtidir) polisə müraciət edərək bildirib ki, keçmiş həyat yoldaşı Nazim onu Cavanşir küçəsi 2 ünvanındakı binanın qarşısında döyüb.

Qadın bildirib ki, bir neçə il əvvəl həyat yoldaşından rəsmən boşanıb. Lakin bundan sonra da onlar arasında münaqişələr baş verib.

Müraciət əsasında araşdırma aparılır.

///Lent.az
OXŞAR XƏBƏRLƏR