Bakıda kişi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini partlatmaq istədi

22:25 04.11.2019
6670
Bakı sakini Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin işçilərini qumbara ilə partlatmaqla hədələyib.

Hadisə ötən şənbə saat 15:30 radələrində Bakının Xətai rayonunda baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a məlumatlı hüquq mühafizə mənbələri məlumat verib.

Prokuroturanın işçiləri Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Əfsun Rəcəbovun mənzilində məhkəmə qərarı ilə əməliyyat-axtarış keçiriblər.

Bu zaman Ə.Rəcəbovun mənzilinin qapısının ağzında 1992-ci il təvəllüdlü qaynı Natiq Qasımov görünüb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış aparıldığı üçün onu içəri buraxmayıblar.

N.Qasımov bu zaman bir əl qumbarası çıxararaq onun qoruyucu milini çəkib buraxıcı düyməsini basaraq partladacağını deyib.

36-cı polis bölməsinin əməkdaşları partlayışın qarşısını ala bilib. Onlar N.Qasımovu barmağını sursatın buraxıcı düyməsini çıxarmamağa inandıra bilib və bu vəziyyətdə onu Hövsan kəndi ərazisinə aparıblar.

Burada N.Qasımov əl qumbarasını gölə atıb və bununla da zərərsizləşdirilib.

N.Qasımova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah və döyüş sursatları əldə etmə və gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:43 15.07.2020

Rəşad Mahmudov: "Bəhram Bağırzadə iki gündür süni tənəffüs aparatından ayrılıb"

14:34 15.07.2020

"Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb"

14:19 15.07.2020

Sabah yağış yağacaq, dolu düşəcək

13:49 15.07.2020

İlham Əliyev şəhid hərbi qulluqçuların ailə üzvlərinə başsağlığı verib

13:47 15.07.2020

Azərbaycanda sərt karantin rejimi uzadılacaq? - AÇIQLAMA

13:39 15.07.2020

"Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək"

13:38 15.07.2020

Zakir Həsənov şəhid generalla vida mərasimində iştirak edib

13:23 15.07.2020

"Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər müvafiq tədbirlərə cəlb edilə bilərlər" - RƏSMİ

13:14 15.07.2020

BDU-nun müəllimi vəfat etdi

13:11 15.07.2020

Əli Əhmədov: “Bu əməllər arxadan vurulan bıçağı xatırladır”

12:59 15.07.2020

Azərbaycan Ordusunun yaralanmış hərbçilərinin durumu açıqlandı

12:59 15.07.2020

Təxribatçılar aksiyanın əsl mahiyyətinə kölgə salmağa çalışdılar - VİDEO

12:56 15.07.2020

“Düşmən müharibəni yalnız cəbhədə aparmır...” - Naqif Həmzəyev

12:30 15.07.2020

Baş Prokurorluq və DİN aksiya haqda məlumat yaydı

12:17 15.07.2020

Bir qrup şəxsin Milli Məclisin binasına daxil olması ilə bağlı - Rəsmi açıqlama

12:14 15.07.2020

"Ölkə.Az" - 6 yaşını qeyd edir