Bakıda kişi sevgilisinin qanını tökdü

Bakıda kişi sevgilisinin qanını tökdü
SOSİAL
10:22 27.12.2016
2177

 

1989-cu il təvəllüdlü A.K. adlı qadın 3 saylı şəhər xəstəxanasına kəsici bıçaq yarası ilə daxil olub.

Bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, A.K. dekabrın 25-də səhər saat 7 radələrində Şüvəlan qəsəbəsində yaralanıb. Burada qadın və onun sevgilisi son altı ay ərzində kirayədə yaşayıblar. Cinayəti törətməkdə məhz onun sevgilisi ittiham edilir. 

Fakt üzrə 1991-ci il təvəllüdlü Nurəliyev Məzahir Əzizağa oğlu saxlanılıb.

Nurəliyev bildirib ki, cinayəti münaqişə zəminində törədib. Hirsli vaxtında o, bıçağa əl atıb və yalnız hadisə baş verəndən sonra nə olduğunu anlayıb. Onun sözlərinə görə, münaqişə qısqanclıq zəminində baş verib. 

Nurəliyev sevgilisinin başqa kişi ilə əlaqədə olmasından şübhələnib.

Polisdən verilən məlumata görə, qadının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

///sputnik
OXŞAR XƏBƏRLƏR