Bakıda kişi özünü hündürmərtəbəli binanın başından atmaq istədi - VİDEO

Bakıda kişi özünü hündürmərtəbəli binanın başından atmaq istədi - VİDEO
SOSİAL
21:25 15.11.2017
2723
Ukrayna dairəsi adlanan ərazidə yerləşən hündürmərtəbəli binanın başına çıxan kişi özünü atmaq istəyib. 
 
Hadisə şahidlərindən birinin AZXEBER.COM-a göndərdiyi görüntülərdə, şəxsiyyəti məlum olmayan kişi binanın başına çıxaraq özünü aşağı atacağını bildirib. Yarım saata yaxın binanın başında dayanan şəxs qorxu dolu anlar yaşadıb. Ailəsinin hadisə yerinə gəlməsi ilə təkidlə aşağı endirilməyə çalışılsa da, o bu fikrindən əl çəkmək istəməyib. Sonunda vətəndaşların da köməkliyi ilə onun həyatını xilas etmək mümkün olub. 
 
Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR