Bakıda kişini öldürüb yolun kənarına atdılar

SOSİAL
16:37 26.05.2016
1755
Bu gün Bakının Xəzər rayonu, Albalı yaşayış massivində (Buzovna qəsəbəsi) yol kənarında təxminən 30-35 yaşlarında kişi meyiti tapılıb.
Həmin şəxsin sağ ayağının sındığı və sifət nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyənləşib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçırildiyi əməliyyat tədbirləri nəticəsində onun şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, ölən şəxs Şağan qəsəbə sakini, 1977-ci il təvəllüdlü Ruslan Əzimovdur.
Onun Mərdəkan-Buzovna şossesi, "Qala" marketin qarşısında avtomobillə vurularaq öldürüldüyü ehtimal edilir.
Faktla CM-nin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.
/// report-

OXŞAR XƏBƏRLƏR