Bakıda klinika rəhbərini televiziyada reklam etmək adı ilə aldatdılar

Bakıda klinika rəhbərini televiziyada reklam etmək adı ilə aldatdılar
SOSİAL
11:36 31.10.2018
2427
Bakıda stomatoloji klinikanın rəhbərinə qarşı dələduzluq edilib.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Nizami rayonu, Balakişiyev küçəsi, 55 ünvanında yerləşən stomatoloji klinikanın təsisçisi Muradov Məmməd Qəhrəman oğlu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədəliyev Anar Bilal oğlu klinikanı televiziyada reklam etdirmək üçün ondan 700 manat alaraq mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR