Bakıda kömürlə dolu yük maşını yandı

Bakıda kömürlə dolu yük maşını yandı
SOSİAL
12:20 07.04.2022
232
Bakıda yük avtomobili yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu rayonunda "Ford” markalı yük avtomobilinin yük yerinə yığılan 1 ton ağac kömürünün 70 kiloqramı və qismən avtomobilin salonu yanıb.

Avtomobil və yükünün qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR