Meqa-star Tarkanın Bakıda və Qəbələdə verəcəyi konsertlərin təxirə salınması haqda xəbər vermişdik.
Konsertin təşkilatçısı Nahid Emiloğlu açıqlamasında deyib ki, buna səbəb Xocalı faciəsinin ildönümüdür. Əlavə edib ki, konsert proqramı mart ayına planlaşdırılır.“Fevralın 20-dən 29-dək Xocalı ili elan olunduğuna görə Tarkanın konsertini ertələmək qərarına gəldik. Hətta Tarkan da bu ərəfədə konsert vermək istəmədi, dedi ki, buna məcbur deyilik. Söylədi ki, bu qədər gözləmişiksə, konsert normal bir vaxtda olsun”.Qeyd edək ki, hər iki konsertdə Tarkan köhnə və yeni mahnıları ilə yanaşı, musiqisi bəstəkar Kamala, sözləri isə Baba Vəziroğluna məxsus olan “Səndən nigaranam” mahnısını da oxuyacaq. Bu mahnını Tarkan artıq öz yeni albomuna daxil edib.//gun.az