Bakıda koronavirus qorxusu ilə xəstəxanaya yerləşdirilən şəxslərlə bağlı - Sevindirici xəbər

SAĞLAMLIQ
10:17 18.02.2020
3879
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Kliniki Tibbi Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq.

Onun vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.

OXŞAR XƏBƏRLƏR