Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.
AZXEBER.COM-a DİN-ə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə "həyəcan" siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.
Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.
Bakıxanov qəsəbəsindəki bank filialına hücum edən 46 yaşlı Flora Xəlilovanın orta məktəb müəllimi olduğu üzə çıxıb.
Bildirilir ki, F.Qarayevanın həmin banka kredit borcu olub.
Polis tərəfindən saxlanılan F.Qarayeva daha sonra sərbəst buraxılıb.
Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır. (lent.az)