Bakıda kriminal dəstə tutuldu

KRİMİNAL
12:08 28.03.2014
1876
Novxanı bağlar massivində cinayət baş verib
Bakı şəhərində soyğunçuluqla məşğul olan kriminal dəstənin üzvləri polis tərəfindən ələ keçirilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, martın 26-sı saat 20 radələrində Şamil adlı şəxs Ağcabədi rayon sakini Fuad Cəfərovu Ş.Məmmədova küçəsində yerləşən restoranın yanına çağırıb.
Şamil icarəyə verəcəyi avtoyuyucunun yerini göstərmək adı ilə yanındakı 3 nəfər naməlum şəxslə onu “VAZ-2107” markalı avtomobillə Novxanı bağlar massivinə gətirib. Orada Şamil əli ilə F.Cəfərovun başından vuraraq hədə-qorxu gəlib. Dəstə zərərçəkəndən 1300 manat pul, mobil telefon və gödəkçəni götürərək hadisə yerindən uzaqlaşıb.
Hadisədə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Hüseynov, Əli Əlizadə və Masallı rayon sakini Şamil Əliyev qısa müddətdə Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin əməkdaşları tərəfindən yaxalanıb.

OXŞAR XƏBƏRLƏR