Bakıda kriminal hesablaşma: iki nəfər maşında güllələndi - TƏFƏRRÜAT

TOP4
11:52 28.12.2018
5228
Bakı şəhəri, Keşlə qəsəbəsində baş verən silahlı insidentlə bağlı bəzi təfərrüat məlum olub.

AZXEBER.COM bildirir ki, report-un əldə etdiyi məlumata görə, hadisə kriminal qruplaşmalar arasında "hesablaşma" zəminində olub.

"Avro renta car" şirkətinə məxsus avtomobildə əvvəllər məhkum olunmuş 27 yaşlı Tural Babayev və 31 yaşlı Asif Bağırov naməlum şəxs tərəfindən güllələnib. T.Babayev ölüb, A.Bağırov isə yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin tutulmadığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR