Bakıda küçədə kişi meyti tapıldı: Yaxınları axtarılır - FOTO

SOSİAL
14:35 15.01.2022
191
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. 

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) 590-72-03, (012) 456-03-02,  (070) 403-03-03 və  (050) 275-55-55 və ya (050) 679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 

 


OXŞAR XƏBƏRLƏR