Bakıda küçədə qadının boyunbağısını oğurladılar

Bakıda küçədə qadının boyunbağısını oğurladılar
Bütün Xəbərlər
16:00 28.09.2015
879
Elşad Yaqubov saxlanıldı.
Azərbaycanın paytaxtında soyğunçuluq hadisəsi baş verib.
Bakı şəhəri Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 10-da Həsənoğlu küçəsində Nəhayət Allahverdiyevanın boynundakı qızıl boyunbağını qoparıb qaçaraq soyğunçuluqda şübhəli bilinən Ağstafa rayon sakini, 1995-ci il təvəllüdlü Elşad Yaqubov tutulub.
Cinayətdə şübhəli bilinən şəxsi Nərimanov rayon Polis İdarəsi və 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlamaq mümkün olub.
OXŞAR XƏBƏRLƏR