Bakıda küçədə yaşayan iş adamı xəstəxanaya yerləşdirildi - VİDEO

Bakıda küçədə yaşayan iş adamı xəstəxanaya yerləşdirildi - VİDEO
SOSİAL
10:24 26.07.2018
7227
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünən Lent.az-da dərc olunan "Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım aldı...” - Azərbaycanlı rejissorun qandonduran DRAMI"  yazısına operativ reaksiya verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Akif Əliyev dünən Kliniki Tibbi Mərkəzə yerləşdirilib: "Lakin onun vəziyyəti ağırdır. Qanqrenası və hepatiti var. Müalicə olunduqdan sonra Akif Əliyev sığınacaqlardan birinə yerləşdiriləcək".

Qeyd edək ki, Akif Əliyev Moskvada və Kiyevdə iki universitet bitirib, iş adamı olub, lakin sonradan fırıldaqçılıqla üzləşərək hər şeyini - işini, mülkünü və ailəsini itirib. Xeyli müddətdir küçədə yaşayır. 

 
OXŞAR XƏBƏRLƏR