Bakıda külli miqdarda oğurluq edilən ev Cəlal İsayevə məxsusdur - AÇIQLAMA

Bakıda külli miqdarda oğurluq edilən ev Cəlal İsayevə məxsusdur - AÇIQLAMA
SOSİAL
10:14 21.05.2021
6855
Ötən gün paytaxtda iki milyonluq oğurluq edilən evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, oğrular C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb. 

Cəlal İsayev Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə istintaq aparılır:

"Mən heç nə deyə bilmərəm. Polis istintaq aparır”.
OXŞAR XƏBƏRLƏR