Azərbaycan paytaxtında qətl törədilib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə dünən saat 17.00 radələrində Mirzə Davud küçəsi, 23 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1961-ci il təvəllüdlü Cəfərov Fariz Azad oğlu kürəkəni, Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü Qurbanov Vüqar Sabir oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə ailə münaqişəsi zəmində baş verib. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.