Bakıda kürəkən qayınatasını qətlə yetirib basdırdı

Bakıda kürəkən qayınatasını qətlə yetirib basdırdı
11:03 30.03.2013
1379

Bakıda kürəkən qayınatasını qətlə yetirib.

Qaradağ Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə martın 28-də, Lökbatan qəsəbəsi 5-ci  massiv, ev 38 ünvanında baş verib. Yardımlı rayon sakini, 1979-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bayram Təvəkkül oğlu Əliyev qayınatası, Lökbatan qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Tofiq Əziz oğlu Həsənovu bıçaqlayaraq qətlə yetirib. 

B. Əliyev hadisəni törədəndən sonra qayınatasının meyitinin həmin ünvanda yerləşən evin həyətində basdırıb. Martın 30-da həmin meyit aşkarlanaraq eksqumasiya edilib. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120. 1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR