Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza paytaxtın Akademik Həsən Əliyev küçəsində, "Kral" şadlıq sarayının yanında, təzə inşa edilmiş tuneldə baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, yüksək sürətlə hərəkətdə olan "Lexus 570" markalı avtomobil əks hərəkət zolağına çıxaraq tunelin divarına çırpılıb. Hadisə nəticəsində yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım briqadası və yol patrul xidmətinin əməkdaşları cəlb olunurlar.
Qəza nəticəsində həmçinin tunelin divarı dağılıb, avtomobilin ön hissəsi tamamilə əzilib.
Polis araşdırma aparır.
///Milli.Az