Bakıda lisey şagirdi hamını qorxutdu

SOSİAL
12:15 19.05.2016
1678
Mayın 17-də Texniki-Humanitar liseydə bədbəxt hadisə baş verib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən azvision.az-a verilən məlumata görə, 6-cı sinif şagirdi Emil Kərimxanov liseyin 3-cü mərtəbəsindən yıxılıb.
İlkin məlumata görə, şagird tənəffüs zamanı liseyin 3-cü mərtəbəsinin pəncərəsindən məlum olmayan səbəbdən aşağı düşüb.
İdarədən onu da bildiriblər ki, hadisə zamanı əraziyə təcili tibbi yardım çağırılıb, şagirdə yardım göstərilərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilb.
Hazırda Emil Kərimxanovun vəziyyəti qənaətbəxşdir.
Hadisənin təfərrüatları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR