Bakıda lombarda basqın edib 10 min manat apardılar

Bakıda lombarda basqın edib 10 min manat apardılar
SOSİAL
12:04 09.06.2017
990
Bakıda quldurluq hadisəsi baş verib.
 
AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub. Hadisədə iştirak etmiş daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.
 
Araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR