Bakıda "London taksi"si iki nəfəri vurdu - ölən var

Bakıda "London taksi"si iki nəfəri vurdu - ölən var
SOSİAL
14:15 14.03.2022
378
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Milli.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Rəfail Qəhrəmanov idarə etdiyi "London taksi"si ilə Zabrat qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyadalar -1992-ci il təvəllüdlü Nurlan Hümbətov və 1999-cu il təvəllüdlü Namiq Nəcəfovu vurub.

Hər iki piyada aldıqları xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Nurlan Hümbətov orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
 
OXŞAR XƏBƏRLƏR