Bakıda ölümlə nəticələnən dəhşətli avtoqəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI

Bakıda ölümlə nəticələnən dəhşətli avtoqəzada xəsarət alan şəxslərin VƏZİYYƏTİ AÇIQLANDI
SOSİAL
10:29 14.07.2025
203
İyulun 13-də saat 23:20-də baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar beş nəfər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirib ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardımlar göstərilib.

"Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR