Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağaza sahibinin güllələnməsi faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun odlu silahdan qətlə yetirilmiş meyidi qəsəbə ərazisindəki mağazalardan birində tapılıb.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə Rauf Cəbrayılov tutulub və ondan hadisə törədilərkən istifadə edilmiş "TOZ-16" markalı tüfəng və 2 ədəd patron götürülüb.