Bakıda mağazaları yaran oğru dəstəsi saxlanıldı

Bakıda mağazaları yaran oğru dəstəsi saxlanıldı
09:22 29.03.2013
1327
Binəqədi rayon polis idarəsinin əməkdaşları oğurluqda şübhəli bilinən dəstənin üzvlərini saxlayıb. Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışov onların 26 yaşlı Mənsimov Nəcəf Sudabxan oğlu, 22 yaşlı Axundov Murad Heybət oğlu və 15 yaşlı Quliyev Əhəd Səyyad oğlu olduğunu bildirib. Qeyd edək ki, saxlanılanlar ifadələri zamanı etdikləri cinayətləri tam etiraf ediblər. Məlumata görə, cinayətkar dəstə mağazalara girmək üçün azyaşlı Əhəd Quliyevdən istifadə edib. Paytaxt ərazisində 7-8 dükana girdiklərini deyən Nəcəf Mənsimov cinayət əməllərini Abşeron, Biləcəri, Hövsan, Nərimanov və s. yerlərdə törətdiklərini bildirib.Faktla bağlı artıq saxlanılan şəxslər barəsində Binəqədi rayon polis idarəsində müstəntiq Emin Muxtarov tərəfindən cinayət məcələlsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. İstintaq zamanı Əhəd Quliyev, Nəcəf Mənsimov və Murad Axundov triosünün başqa cinayətlərinin də üzə çıxacağı istisna edilmir.
//anspress
OXŞAR XƏBƏRLƏR