Bu gün səhər saatlarında Bakıda ağır qəza baş verib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, qəza Sabunçu rayonu Pirşağı-Mədəmmədi yolunda qeyd alınıb.
Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün "qovma şousu" onlardan birinin qarşı yola çıxması ilə nətilənib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.
Şahidlərin dediyinə görə iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib.









































