Bakıda "Maserati"dən 10 min oğurlandı

SOSİAL
12:40 05.05.2016
1433
Bakıda bahalı maşından oğurluq olub.
AZXEBER.COM  DİN-ə istinadən bildirir ki, hadisə mayın 3-də baş verib.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Tural Həsənzadəyə məxsus "Maserati" markalı avtomobilin şüşəsi sındırılıb. Maşında olan 10 min ABŞ dolları oğurlanıb.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsi yaxalamaq mümkün olub. Bu, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kərim İsmayılov olub.

OXŞAR XƏBƏRLƏR