Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb

Bakıda maşın körpüdən aşıb, sürücü ağır yaralanıb
SOSİAL
10:03 15.04.2017
5887

Bakının Qaradağ rayonunda minik avtomobili körpüdən yerə aşıb.

1995-ci il təvəllüdlü Vəliyev Şəhriyar Kərrar oğlu Lökbatan qəsəbəsində, "Meyvəli Bazar" yaxınlığındakı körpüdə idarə etməni itirərək "Mercedes" markalı avtomobilini yerə aşırıb.
Nəticədə Ş.Vəliyev avtomobilin salonuna sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü avtomobilin salonundan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

 
///report
OXŞAR XƏBƏRLƏR