Bakıda maşın reklam lövhəsinə çırpılaraq yandı - Ölən və yaralanan var

SOSİAL
10:23 12.06.2019
2204
Bu gün gecə saatlarında "Bibiheybət" yolunda yüksək sürətlə hərəkətdə olan minik maşını reklam lövhəsinə çırpılaraq, yanmağa başlayıb.
 
AZXEBER.COM report-a istinadən xəbər verir bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.

"Hadisə barədə məlumat "təcili yardım"a saat 3:37-də daxil olub. Avtomobildə olan sərnişin Kamran İsgəndərov (28 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir", - deyə o bildirib.

P.Əbubəkirov qeyd edib ki, sükan arxasında olan şəxs isə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır.

OXŞAR XƏBƏRLƏR