Bakıda maşını düzgün park etməyən sürücü cəzalandırıldı - FOTO

Bakıda maşını düzgün park etməyən sürücü cəzalandırıldı - FOTO
SOSİAL
21:02 15.07.2023
259

Bakıda avtomobilini düzgün yerdə saxlamayan sürücü qeyri-adi şəkildə cəzalanıb.

"Lent.az”  xəbər verir ki, bu dəfə düzgün park etməyən sürücünün cəzasını sakinlər veriblər. Hadisə Yeni Yasamalda qeydə alınıb.

Avtomobilini zibil konteynerlərinin qarşısında saxlayan şəxs sakinlərin tullantıları atmasına mane olub. Nəticədə orada yaşayanlar zibillərini elə avtomobilin üzərinə atıblar.

 


OXŞAR XƏBƏRLƏR