Bakının mərkəzində naməlum avtomobil azyaşlını vurub.
Hadisə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi 83/89 ünvanının qarşısında baş verib. Naməlum sürücü idarə etdiyi avtomobillə 2010-cu il təvəllüdlü Elşad Ağayevi vuraraq uzaqlaşıb. 7 yaşlı oğlan xəstəxanaya yerləşdirilib.
Hazırda qəzanı törədən sürücü və nəqliyyat vasitəsinin müəyyən edilməsi istiqamətində iş aparılır.
///lent.az