13.18
Bakıda sexdə partlayış-yanğın nəticəsində iki nəfər ölüb.
APA xəbər verir ki, xeyli sayda xəsarət alan var.
12.39
Mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.
***
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə lkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZXEBER.COM-a FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.










































