Bakıda məktəbdə 1-ci sinif şagirdini zorladılar - ŞOK OLAY

Bakıda məktəbdə 1-ci sinif şagirdini zorladılar - ŞOK OLAY
SOSİAL
12:01 25.04.2018
10666
Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorla hadisəsi baş verib.  

AZXEBER.COM Big.az-a istinadən xəbər verir ki, bu haqda redaksiyaya həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb. 
 
Hadisə aprelin 19-da baş verib. Eyni sinifdə oxuduqları iddia olunan iki nəfər 10-cu sinif şagirdi 1-ci sinifdə oxuyan oğlan şagirdi ayaq yolunda şalvarını çıxararaq zorlayıb. Hadisə azyaşlının sinifdə yoldaşlarına danışarkən ortaya çıxıb. Valideynlər onu da qeyd ediblər ki, zorlanan şagirdin valideynləri rayonda yaşadığına görə uşaq xalasıgildə qalır. 

Valideyinlər məktəb direktoru Nürqələm Bayramovanın zorlanan azyaşlının xalasına 2000 manat verərək susdurduğunu da deyir. Bundan əlavə azyaşlını zorladığı deyilən şagirdin valideynləri direktora rüşvət verərək məktəbdə saxladıqları da söylənilir. Həmin uşağın yerinə günahsız şagird şərlənərək məktəbdən uzaqlaşdırılıb. Valideynlər vurğulayıb ki, direktora nə qədər şikayət etsələr də nəticəsiz qalıb. Şikayətlərinə baxılmadığını görən valideynlər bu gün məktəbin qarşısında aksiya keçirəcəkləri söyləyiblər. 
 
Məktəblə əlaqə saxlanılsa da cavab verən olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Bakıdakı 263 saylı məktəbdə 1-ci sinif şagirdinin zorlanması iddiası ilə bağlı virtuaz.org-a açıqlama verib.
 
Nazirlik rəsmisi bildirib ki, fakt deyilən formada təsdiqini tapmayıb: "Xətai Rayon Polis İdarəsi dərhal yayılan məlumata reaksiya verib. Polis əməkdaşları həmin məktəbdə olublar. Fakt deyilən formada təsdiqini tapmayıb. Bəzi KİV-lərdə bunu yayırlar, bu təxribatdır. Hazırda araşdırma aparılır”. O. Mansurzadə həmçinin qeyd edib ki, bu iddialarla bağlı polis orqanlarına əvvəlcədən heç bir məlumat, şikayət daxil olmayıb. Yəni iddialar mətbuatda yayılandan sonra polis araşdırma başladıb.
 

 

 


OXŞAR XƏBƏRLƏR