Bakı şəhəri Səbail rayonunda yerləşən 134
saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı
video yayılıb.
Yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb. Bu haqda məlumatı ilk olaraq primetime.az saytı yazıb.
Təhsil Nazirliyindən məsələ ilə bağlı açıqlama verilib. Nazirliyin açıqlamasını təqdim edirik:
"Bakı
şəhərində yerləşən ümumtəhsil məktəblərinin birində baş vermiş hadisə ilə bağlı
bildiririk ki, təhsilalanların yaş həddi nəzəra alınmaqla onların mənafeyinin
qorunması, həmçinin təhsil ocağında mənəvi iqlimə xələl gətirilməməsi və belə
halların baş verməməsi üçün Təhsil Nazirliyi tərəfindən aidiyyəti qurumların
mütəxəssisləri cəlb olunmaqla müvafiq tədbirlər həyata keçirilir.
Eyni zamanda bildirilir ki, müvafiq materiallar hüquqi qiymət verilməsi
üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Şagirdlərin yetkinlik yaşına catmadığını nəzərə alaraq, kütləvi informasiya
vasitələrindən məsələyə həssas yanaşmaları xahiş olunur", - deyə
açıqlamada bildirilir.