Bakıda məktəbin hasarı uçub, tədris müvəqqəti dayandırıldı

Bakıda məktəbin hasarı uçub, tədris müvəqqəti dayandırıldı
SOSİAL
12:00 22.10.2024
153
Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Bu barədə AZXEBER.COM-a məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

" Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb",- deyə məlumatda qeydn edilib.
 

OXŞAR XƏBƏRLƏR