Bakıda məktəbli faciəvi şəkildə öldü

Bakıda məktəbli faciəvi şəkildə öldü
SOSİAL
11:18 30.04.2018
3616
Bakıda məktəbli faciəvi şəkildə həlak olub.

AZXEBER.COM criminal.az-a istinadla xəbər verir ki, dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 yaşlı Vaqifi maşın vurub. O, aldığı zərbədən keçinib. 

Hadisə Vaqif yaşadığı məhəllədə velosiped sürərkən baş verib. Qonşuluqda yaşayan sürücü avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Vaqifi vurub. Zərbənin təsirindən uşağın başı daşa dəyib. 
Vaqif 141 saylı orta məktəbin 1-ci sinif şagirdi idi. 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır. 
OXŞAR XƏBƏRLƏR