Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü
SOSİAL
10:43 14.03.2017
1055

 

Bakıda məktəbli itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir. 

///apa
OXŞAR XƏBƏRLƏR