Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı
SOSİAL
09:25 10.10.2017
996
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə 151 saylı orta məktəbdə qeydə alınıb.
 
Azərbaycan dili bölməsinin 8-ci sinfində oxuyan şagirdi 2001-ci il təvəllüdlü Əliyev Fərid Elnur oğlu Rus dili bölməsinin eyni sinif şagirdi ilə mübahisə edib. Nəticədə F.Əliyev 2 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları 151 saylı orta məktəbə cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR