Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi
SOSİAL
21:41 08.12.2018
6001
Xəbər verdiyimiz kimi, dekabrın 7-si səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi "Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub.

AZXEBER.COM xəbər verir ki, nəticədə, M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı uşaqlar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev Trend-ə açıqlamasında bildirib ki, M.Kərimov verdiyi ilkin ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib.

Lakin araşdırma zamanı müəyyən olunub ki, valideynlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, M.Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini 217 nömrəli tam orta məktəbə aparıb-gətirirmiş.

Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təchiz edilməyən, əsasən qəsəbə və məhəllədaxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan M.Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.

Xüsusi texniki vasitələrlə qeydə alınan məlumatlara əsasən, "Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı mikroavtobusun respublika əhəmiyyətli avtomobil yollarında hərəkətdə olması aşkar edilməyib.

Mübariz Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

BDYPİ baş vermiş bu yol-nəqliyyat hadisəsinə diqqət cəkməklə bir daha xatırladır ki, özlərinin, övladlarının həyatını tanımadıqları, təsadüfü seçdikləri, təcrübəsiz insanlara, sürücülərə həvalə etməsinlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
18:00 17.09.2025
Polşa hərbi nümayəndə heyəti Ukraynaya səfər edəcək
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
17:52 17.09.2025
Narkomaniyaya qarşı mübarizə üzrə Dövlət Proqramı təsdiqləndi
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:45 17.09.2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
17:36 17.09.2025
Azərbaycan vətəndaşları Türkiyədə yol qəzasına düşüb, xəsarət alanlar var
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
17:27 17.09.2025
İnsanlar arasında aqressiya niyə artır? - Psixoloq açıqladı
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
16:59 17.09.2025
Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb — FOTOLAR
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
16:52 17.09.2025
"Ağdərə rayonunun yenidən inzibati ərazi vahidi kimi formalaşdırılması önəm daşıyır"
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
16:43 17.09.2025
""Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına"
"Survivor" Ayşe ərə gedir - VİDEO
16:35 17.09.2025
"Survivor" Ayşe ərə gedir - VİDEO
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
16:23 17.09.2025
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
16:16 17.09.2025
Bakı metrosu saat 02:00-a qədər işləyəcək - Bu tarixlərdə
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
16:07 17.09.2025
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcək: Deputat görüşdən gözləntilərini açıqladı
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
16:06 17.09.2025
Ürəyindən bıçaqlanaraq öldürülən şagirdin - Fotosu
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
16:04 17.09.2025
"Taksilər üçün dayanacaqlar çox azdır, bəzən isə ümumiyyətlə yoxdur"
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
15:59 17.09.2025
"AFFA daşı ətəyindən tökərək yerli mütəxəssislərə üz tutmalıdır”
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq
15:58 17.09.2025
Maaşımızdan 14% vergi tutulacaq - Pensiya yığımları azalacaq