Bakıda məmurun avtomobili qarət edildi

Bakıda məmurun avtomobili qarət edildi
SOSİAL
12:15 14.11.2016
1547
Bakıda sabiq məmurun avtomobili qarət edilib. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini Barat Nuriyevə məxsus "BMW" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 300 manat və 300 türk lirəsi oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax rayon sakini Aqil Camalov tutulub.

Onun daha 2 paytaxt sakininə məxsus avtomobillərdən pul və noutbuk oğurlaması da müəyyənləşib.

APA-nın əldə etdiyi məlumata görə, B. Nuriyev Dövlət Əmlak Komitəsi sədrinin keçmiş müavinidir. 
OXŞAR XƏBƏRLƏR