Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb. AZXEBER.COMxəbər verir ki, bu barədə Axar.az-a bıçaqlanan şəxsin yaxın qohumları məlumat veriblər. Mənbə qeyd edib ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ağır yaralı vəziyyətdə gətirilən xəstənin durumu nisbətən normallaşıb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində hadisə ilə əlaqədar araşdırma aparılır. Qeyd edək ki, T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur.