Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir
İQTİSADİYYAT
13:32 13.02.2025
1642
Son günlər Bakıda vətəndaşlar və xüsusən alıcılar "əl yandıran" mənzil qiymətlərindən şikayətlənirlər.
 
Vətəndaşların şikayəti məhz paytaxtda daşınmaz əmlak bazarının gündən-günə bahalaşması və tələbin təklifi üstələməsidir.
 
Belə olan halda vətəndaşların haqlı iradı qəbulediləndirmi?
 
Bəs, Bakıda mənzillərin qiymətinin yenidən artması hansı səbəblərdən qaynaqlana bilər?
 
Eyni zamanda, yaxın gələcəkdə mənzillərin qiymətində ucuzlaşma müşahidə edilə bilərmi? 
 
Axı, Bakı dünyanın maliyyə mərkəzi deyil.
 
Məsələ ilə əlaqədar AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yaxın gələcəkdə mənzillərin ucuzlaşması müşahidə edilmir:

"Xeyr, yaxın gələcəkdə Bakıda mənzillərin ucuzlaşması gözlənilmir. Qiymət artımı hələ davam edəcək. Artımın səbəbi də budur ki, bu qiymətə alan alıcılar var. Bakıda mənzil, daşınmaz əmlak almağa tələbat var. Paytaxtda daşınmaz əmlak bazarı inkişaf edir. Vətəndaşların imkanı onu almağa çatır ki, qiymətlər də artır. Eyni zamanda Bakıda getdikcə daşınmaz əmlakın, o cümlədən yeni binaların tikintisinin xərci də artır. Çünki tikinti materialların da durmadan qiyməti artır. İkincisi, torpağın qiyməti kəskin bahalaşır".
 
İqtisadçı hesab edir ki, mənzillərin qiymətinin günbəgün artmasının əsl səbəbi alıcının pul verib əmlakı almasıdır:
 
"Mənzil üçün tikinti əraziləri yox səviyyəsindədir. Üçüncüsü isə tikintinin özbaşına standartdan kənar tikintisinə icazə verilmir. Ciddi surətdə tikinti standartları izlənilir, qorunur. Bu standartların izlənməsinə tikintinin maya dəyərini qaldırır. Demək, torpağın bahalaşması, tikinti üçün yararlı torpaq sahəsinin Bakının mərkəzində getdikcə yoxa çıxması, şəhərsalma qaydalarına ciddi nəzarət edilməsi və vətəndaşların bunu almağa pulu olması qiyməti artırıb və artıracaq".
 
Paytaxtda mənzil qiymətinin durmadan artmasını şərh edən "FM Consulting” şirkətinin direktoru Nahid Həsənov AZXEBER.COM-a açıqlamasında bu prosesi belə izah edib:

"Bakıda mənzillərin qiymətinin yenidən artması müxtəlif səbəblərdən qaynaqlanır. Burada əsas faktorlardan biri investorlar üçün daşınmazın cəlbedici investisiyası aləti olması və tələbin təklifi üstələməsidir”.


Onun sözlərinə görə, yaxın gələcəkdə mənzillərin qiymətində ucuzlaşma gözlənilmir:                

"O səbəbdən ki, bahalaşmanı yaradan səbəblər aradan qalxmayıb. İqtisadi amillərdən tutmuş psixoloji amillərə qədər bir çox faktorlar burada həlledici rol oynayır. Məhz elə bu səbəbdən də daşınmaz əmlak sektorundakı qiymət artımlarına müxtəlif rakurslardan yanaşmaq lazımdır. Ümumi olaraq qiymət artımlarını səciyyələndirən səbəblərə bazara çıxarılan mənzillərin tələb səviyyəsindən kəmiyyət etibarilə aşağıda dayanması, dünya bazarında bahalaşan inşaat məhsullarının ölkəmizə təsiri fonunda tikinti şirkətlərinin xərclərinin artması, ipoteka kreditlərinin bazarda canlanma yaratması, köhnə tikililərin yararsızlığı səbəbindən ipoteka predmetinə aid binaların sayının azalması, tikinti qaydalarının sərtləşdirilməsi, əhali artımı və urbanizsiya, eləcə də qeyd etdiyim kimi, daşınmaz əmlakın rentabelli investisiya alətinə çevrilməsidir”.

Ekspert qeyd edir ki, son dövrlər paytaxtın daşınmaz əmlak bazarında ən çox artım Xətai rayonunda olub: "Belə ki, bu rayonda qiymət artımı 17 faiz təşkil edib. Ən az bahalaşma isə, Pirallahı rayonunda qeydə alınıb – 1,5 faiz. Anoloji olaraq Səbail və Nəsimi rayonlarında 16,  Nərimanov rayonunda 15, Yasamal və Nizami rayonlarında 13, Binəqədi rayonunda 12, Sabunçu və Suraxanı rayonlarında 10, Qaradağ rayonunda 8, Xəzər rayonunda isə 5 faiz qiymət artımı baş verib. Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 2 faiz civarında, illik isə 14 faiz artıb. Köhnə tikililərdə isə artım ay ərzində 1,5 faiz, illik artım isə 11 faiz təşkil edib.  

Təkcə evlərin qiymətində deyil, kirayələrin də qiymətində bahalaşmalar baş verib. Kirayə bazarı üzrə ən çox bahalaşma Yasamal rayonunda qeydə alınıb.  Təkcə yeni tikili binalarda deyil, köhnə tikili binalarda da ciddi artım müşahidə olunur.  Paytaxt infrastrukturunun inkişafı, tikinti materialları ilə yanaşı, əmək qüvvəsinin bahalaşması, həyata keçirilən dövlət proqramları və layihələri, investisiya və spekulyativ amillər, turizm potensialı və bunun fonunda mənzillərin qısamüddətli icarlənməsinə artan maraq da qiymət artımlarını təşviq edən amillərdir - Həsənov vurğulayır.

Əlavə edir ki, paytaxtda sıxlıq artdıqca, yəni, urbanizasiya ilə əlaqədar gələcəkdə də qiymət artımları gözlənilir: "Misal üçün, ötən əsrin 90-cı illərinin əvvəllərində şəhər əhalisi 53, kənd əhalisi 47 faiz, 2000-ci ildə bu nisbət müvafiq olaraq 51-49, 2015-ci ildə 53-47 faiz təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 55-45 faiz civarında olub. Bu da heç şübhəsiz paytaxtın sosial-iqtisadi həyatına təsirsiz ötüşmür”– deyə, müsahibimiz fikrini tamamlayır.
 
Günel Hüseynli
 
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir