Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilindi

Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilindi
SOSİAL
23:57 05.01.2023
1071
Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.

Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.

Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.

Kamran Allahverdiyevin xalası Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.
OXŞAR XƏBƏRLƏR