Bakıda mənzildə partlayış baş verib.
Yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.
///APA